Fransalı məşhur futbolçu Pol Poqbanın 18 aylıq diskvalifikasiya cəzası ötən gün bitib.
Yenisabah.az xəbər verir ki, 31 yaşlı fransalı yarımmüdafiəçi artıq futbol matçlarında iştirak edə bilər.
Poqba hazırda klubsuzdur və onun son komandası "Yuventus" olub. Turin təmsilçisi futbolçu ilə müqaviləni ötən ilin oktyabrında pozub. pizza mizza
Poqba indi karyerasını bərpa etmək üçün fürsət axtarır. O, yalnız Avropanın ən yaxşı çempionatlarından gələn təklifləri nəzərdən keçirir.
Telegram kanalımız