Pravoslavlar Ordumuz üçün dua etdi: Əsgərlərimizin qəlbi qələbəyə inamla güclənsin!

saytların hazırlanması

Evə çatdırılma

Pravoslavlar Ordumuz üçün dua etdi: Əsgərlərimizin qəlbi qələbəyə inamla güclənsin!

Hadisə

08 Oktyabr 2020 15:01 1011


Yenisabah.az xəbər verir ki, bu gün səhər Bakıdakı "Jen Mironosits" pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib: "Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”.

Qeyd edək kki, ibadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!