“Premium Bank”ın aktivlərinin həcmi 37 milyon manatdan çox azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Premium Bank”ın aktivlərinin həcmi 37 milyon manatdan çox azalıb

İqtisadiyyat

26 Avqust 2024 15:50 1109


“Premium Bank” ASC-nin bu ilin I yarısında müştərilərə 471 milyon 853 min manat kredit verib.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 0,02 % və ya 13 min manat azdır. Bankın 2023-cü ilin sonunda verdiyi kreditlərin həcmi 471 milyon 866 min manat təşkil edib.

Bu ilin birinci yarısında “Premium Bank” 25 milyon 862 min manat istehlak krediti verib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 34,3 % və ya 6 milyon 614 min manat çoxdur.  Sezar pizza

“Premium Bank” bu ilin hesabat dövründə müştərilərə 374 milyon 500 min manat biznes krediti verib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 11 milyon 138 min manat və ya 2,8 % azdır. 2023-cü ilin sonunda bankın verdiyi biznes kreditlərinin həcmi 385 milyon 638 min manat olub.

Bankın daşınmaz əmlak kreditlərinin həcmi 6,7 % artaraq 71 milyon 491 min manata çatıb. 2023-cü ilin sonunda bankın daşınmaz əmlak kreditlərinin həcmi 66 milyon 979 min manat olub. 

“Premium Bank”ın bu ilin I yarısında aktivlərinin həcmi 647 milyon 308 min manat olub. Bu da, 2023-cü ilin sonu ilə müqayisədə 5,5 %, yaxud da 37 milyon 808 min manat azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!