Premyer Liqa başlayır - İlk turun   CƏDVƏLİ

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqa başlayır - İlk turun CƏDVƏLİ

İdman

01 Avqust 2022 20:08 1229


Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli məlum bəlli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Bildirilib ki, turun oyunları 4 günü əhatə edəcək. Toyuqlu pizza

2022/2023 mövsümünə avqustun 5-də "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Zirə" matçı ilə start veriləcək. "Qarabağ" "Azersun Arena"da "Səbail"lə qarşılşacaq.

Avqustun 7-də "Şamaxı" - "Neftçi" və "Sabah" - "Sumqayıt" görüşləri oynanılacaq. Turun son matçı isə avqustun 8-də Tovuzda "Turan Tovuz"la "Qəbələ" arasında olacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə”

"Dalğa Arena".

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena".

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi”

Şamaxı şəhər stadionu.

19:15. “Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena".

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!