Bu gün Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə, 8-ci turun oyunlarına start verilib.
“Yeni Sabah” xəbər verir ki, lider “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Meydan sahibləri 3-cü dəqiqədə Qismət Alıyevin vurduğu erkən qolla hesabı açsalar da, qonaqların cavabı çox gecikməyib. 9-cu dəqiqədə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. Oyunun qalan hissəsində komandalar çox çalışsa da, hesab dəyişməyib və "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib.
Günün digər matçında “Keşlə” dogma meydanda “Sabah”ı qəbul edib. Meydan sahibləri uzun müddət hesabda öndə olsalar da, qonaqlar son dəqiqələrdə tarazlığı bərpa edə biliblər. Dördpendirli pizza
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
19 oktyabr
17:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Q.Alıyev, 3, - İ.İbrahimli, 9
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu
19:15.“Keşlə” – “Sabah” - 1:1
Qollar: V.İsgəndərli, 16 - H.Ekstein, 90
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”
Telegram kanalımız