Futbol üzrə Misli Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.
Yenisabah.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 17:30-da start götürəcək. Meydan sahibləri 42 xalla 4-cü, qonaqlar 45 xalla ikinci pillədə qərarlaşıb. Sezar pizza
İkinci görüşdə isə "Sabah" və "Araz-Naxçıvan" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:30-da başlayacaq. Bakı klubu 33 xalla 5-ci, Naxçıvan təmsilçisi 45 xalla üçüncüdür.
Telegram kanalımız