Bu gün Azərbaycan Premyer Liqasında ilin son turuna - 14-cü tura yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.
"Zirə" öz meydanında "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edib. "Zirə" darmadağına sevinib, Sumqayıtda isə heç-heçə qeydə alınıb. Günün digər qarşılaşmasında isə "Neftçi" "Sabah"ın qonağı olub və 2:0 hesablı qələbəyə sevinib. pizza
Xatırladaq ki, turun ilk oyununda lider "Qarabağ" "Keşlə"ni qəbul etmiş və matş 2:2 hesablı bərabərliklə sona çatmışdı.
Qeyd edək ki, bu oyunlardan sonra mövsümün ilk yarısı bitib və komandalar qış fasiləsinə yollanıblar.
Azərbaycan Premyer Liqası, 14-cü tur
8 dekabr (bazar)
15:00.“Zirə” – “Səbail” - 4:1
Qollar: Nicat Süleymanov, 5, 20, Adrian Skarlatake, 60, Tellur Mütəllimov, 89 - Eriko da Silva, 78
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
15:00.“Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: Peyman Babayi, 31 - Fernan Lopez, 22
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
“Kapital Bank Arena”
17:00.“Sabah” – “Neftçi” - 0:2
Qol: Anton Krivotsyuk, 45+2, Steven Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”
6 dekabr (cümə)
"Qarabağ” – “Keşlə” - 2:2
Telegram kanalımız