Prezident Administrasiyasında iki şöbə müdiri vəzifəsi boşdur

saytların hazırlanması

Evə çatdırılma

Prezident Administrasiyasında iki şöbə müdiri vəzifəsi boşdur

Siyasət

02 Noyabr 2019 08:04 1274


Baş nazir vəzifəsinə təsdiqlənən Əli Əsədovun adı Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri siyahısından çıxarılıb.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının saytında bu vəzifədə olan şəxsin adı göstərilməyib.

Qeyd edək ki, oktyabrın 8-də Milli Məclis Əli Əsədovun Baş nazir təyin olunmasına razılıq verdi. pizza hut

Prezident İlham Əliyev isə Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzaladı.

Ə.Əsədov Baş nazir postuna gətirilənə qədər Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsini tuturdu.

Bununla yanaşı, Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə də hələlik təyinat olmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!