Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə administrasiya məlumat yayıb.
Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq. Marqarita pizza
Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.
Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.
Telegram kanalımız