Prezident: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk

Siyasət

28 Noyabr 2025 11:49 465


Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.

"Yeni Sabah" xəbər verir ki, bu fikir İlham Əliyevin albaniyalı vəzifədaşı Bayram Beqaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident, həmçinin məktubunda bildirib: “Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram”. Marqarita pizza

Dövlət başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!