Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi

Siyasət

14 Noyabr 2019 09:26 952


Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

"Yeni Sabah" xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, əvvəlcə birgə foto çəkdirilib. Pepperoni pizza

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib. 

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxunub.

Dövlət başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!