Prezident İlham Əliyev gənc şahmatçı Aydın Süleymanova təbrik məktubu göndərib.
"Yeni Sabah" xəbər verir ki, Prezident yeniyetmə şahmatçını ürəkdən təbrik edib: "Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Dominos pizza
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".
Telegram kanalımız