Prezident “AzerGold“la bağlı sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident “AzerGold“la bağlı sərəncam imzaladı

Siyasət

04 Dekabr 2025 15:34 460


Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Şuraya daxil olan Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyə şöbəsinin müdiri Vüqar Məcidli İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovla, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov isə Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərovla əvəzlənib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!