Prezident bu quruma 4 milyon manat ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu quruma 4 milyon manat ayırdı

Maraqlı

29 Dekabr 2021 17:40 791


Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!