Prezident Cəbrayılda ŞAD XƏBƏRİ verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Cəbrayılda ŞAD XƏBƏRİ verdi

Siyasət

28 Oktyabr 2025 19:33 4313


"Burada yaşayacaq insanların sayı çoxalacaq. Eyni zamanda, bu gün Cəbrayıl şəhərində məscidin təməlini qoyacağam".

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüş zamanı deyib.

"Bununla bərabər bilirsiniz ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq. pizza hut

O cümlədən Cəbrayıl şəhərində bu gün iki Günəş Elektrik Stansiyasının təməli qoyulacaq. Üçüncü, ən böyüyü isə artıq icra müddətindədir. Onu da bildirməliyəm ki, bu bölgənin çox gözəl kənd təsərrüfatı potensialı var. Eyni zamanda, burada Günəş enerjisi də istehsal olunacaq. Burada istehsal olunacaq Günəş enerjisi bütün bu bölgəni təmin edəcək. Çünki Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Yəni, 400 meqavat böyük bir şəhərin tələbatını ödəyən gücdür.

Eyni zamanda, biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar" - Prezident qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əsmət İsmayılova
    Hörmətli Cənab Prezident, Sizin Cəbrayılda gördüyünüz böyük quruculuq işləri, xalqımızın rifahı naminə atdığınız addımlar və şəhid ailələrinə, qazilərə, eləcə də bölgə əhalisinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizə can sağlığı və uzun ömür versin ki, bu müqəddəs işləri davam etdirəsiniz. Mən Bakı Dövlət Universitetinin fizika ixtisası üzrə məzunuyam. Hazırda işsizəm və təəssüf ki, iş tapa bilmirəm. Qaynatam müharibə veteranıdır, yoldaşım isə DİN əməkdaşıdır. Hal-hazırda yalnız yoldaşımın maaşı ilə dolanırıq, lakin bu, müalicə xərclərimizi və gündəlik ehtiyaclarımızı qarşılamağa kifayət etmir. Cənab Prezident, xahiş edirəm, mənim də işlə təmin olunmağım üçün köməklik göstərəsiniz. İstəyim odur ki, mən də öz savadım və əməyimlə dövlətimizə faydalı olum. Dərin hörmətlə, Əsmət İsmayılova
    7 months ago
  • Adil Əliyev
    Uğurlar arzu edirəm! Siz eyni zamanda Allahın Azərbaycan xalqına olan hədiyyəsisiniz. Allah Sizi qorusun!
    7 months ago