Prezident fərman imzaladı, AYNA-ya yeni səlahiyyət verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident fərman imzaladı, AYNA-ya yeni səlahiyyət verdi

Siyasət

28 Noyabr 2025 15:44 1389


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.

“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!