Prezident İlham Əliyevin xalqa müraciəti tarixi hadisədir 

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyevin xalqa müraciəti tarixi hadisədir 

Maraqlı

22 Sentyabr 2023 14:08 517


Sentyabrın  19-da qanunsuz  erməni  silahlı  birləşmələrinin  təxribatı  nəticəsində  6 Azərbaycan  vətəndaşı mina terrorunun qurbanı olmuşdur. İkinci Qarabağ  müharibəsi başa  çatandan  bu  günə  qədər  300-dən çox Azərbaycan  vətəndaşı  mina  terrorunun  qurbanı  olmuş  və  ya  yaralanmışdır. 

Terror aktları bir daha  göstərir  ki, Ermənistan ordusunun qalıqları  Azərbaycanın suveren  ərazisindən çıxarılmalı, qanunsuz erməni  silahlı dəstələri  tərkisilah  edilməli  və xunta rejimi  ləğv edilməlidir. Prezidentimiz xalqa  müraciətində də vurğulamışdır “2020- ci il  10 noyabr  tarixli üçtərəfli Bəyanata  zidd olaraq  Ermənistan  üç il ərzində öz silahlı qüvvələrini,  canlı qüvvəsini  və texnikasını  bizim ərazimizdən  çıxarmamışdır.” 

Sentyabrın  19-da Azərbaycan Respublikasının  Konstitusiya  quruluşunun bərpa edilməsi  məqsədilə  bölgədə  lokal xarakterli  antiterror  tədbirlərinə başladı. Antiterror  tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir Erməni silahlı  dəstələrinin ağır  hərbi texnikası dəqiq  zərbələrlə məhv edildi, ordumuzun bölmələri  terrorçuların gizləndiyi  yerlərə qədər sızaraq “təmizləmə’’ işləri apardı. Cəmi 24 saata  90-dan artıq döyüç mövqeyi və strateji əhəmiyyətli mövqelər  nəzarətə götürüldü,  yüzlərlə   hərbi texnika sıradan çıxarıldı. Əfsuslar olsun ki,  antiterror  tədbirləri zamanı şəhidlərimiz olub. Onlar Vətən yolunda  haqq-ədalət yolunda,  Azərbaycanın suverenliyi  yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi qəlbimizdə  əbədi yaşayacaqdır.  Pepperoni pizza

Qarabağdakı  tanınmayan  hakimiyyət  silahı yerə  qoyaraq  təslim olmağa və Azərbaycanın şərtləri  altında  Yevlax şəhərində  görüşməyə hazır olduğunu bildirdi. Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də Qarabağ erməniləri belə bir görüşün  üçüncü ölkə  ərazisində  keçirilməsini   tələb edirdilər.

Azərbaycan  Prezidenti  İlham Əliyev xalqa  müraciətində  separatçıları Bakının  şərtlərini  qəbul etməyə  məcbur  vəziyyətə  gəldiyini  vurğulayıb. “Yevlax  şəhərində  Qarabağ  icmasının   nümayəndələri ilə təşkil  olunacaq görüşdə biz  gələcək ilə  bağlı  baxışlarımızı   çatdıracağıq” prezident  İlham Əliyev vurğulamışdır.

Prezident xalqa müraciətində bir daha bildirmişdir “Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya  bunu  tanıyır  o cümlədən  Ermənistan rəhbərliyi  artıq bunu başa  düşüb. Əgər vaxti ilə Qarabağ  Ermənistandır  və nöqtə  deyirdisə,  indi  Qarabağ Azərbaycandır  deyir  və  nəinki  deyir hətta bizim ərazimizin ölçülərini  də dilə  gətirməyi  unutmur. Bizə xor baxanlar , torpağımıza  göz  dikənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq. Onu da unutmasınlar ki, Qarabağ  Azərbaycandır.!”

Şəms Həşimova 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!