Prezident itinə abidə ucaldır – Video

saytların hazırlanması

Evə çatdırılma

Prezident itinə abidə ucaldır – Video

Dünya

07 Noyabr 2019 16:32 1569


Sosial şəbəkələrdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun öz itinə abidə qoydurması ilə bağlı video müzakirələrə səbəb olub. 

Ölkə başçısı paytaxtın mərkəzində qurulacaq abidənin tikintisinə şəxsən nəzarət edəcəyini bildirib.

Görüntülərdə məmurların dövlət başçısının göstərişlərini xüsusi qeyd etdikləri diqqət çəkir. Sezar pizza

“Bir baş, dörd pəncə və xüsusilə quyruq! Yazın, yazın!”, - deyə ölkə başçısı göstəriş verib. 

Bu abidənin yaradılmasına 2017-ci ildə qərar verilib və onun hündürlüyü 15 metr olacaq.

Həmin il Türkmənistan lideri Rusiya Prezidenti Vladimir Putinə albay cinsi it balası hədiyyə etmişdi. 

Berdiməhəmmədov qeyd edib ki, bu unikal it cinsi Türkmənistanın milli sərvətidir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!