Prezident Kəramət Böyükçölün atasına vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Kəramət Böyükçölün atasına vəzifə verdi

Siyasət

06 Noyabr 2025 21:11 7598


Şair, publisist Qəşəm Nəcəfova vəzifə verilib. 

"Yeni Sabah"ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəşəm Nəcəfov Audiovizual Şuranın üzvü təyin edilib.  pizza

Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişdir.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləmişdir.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiridir. "Mədəniyyət TV" kanalında "Və ya" proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında "Radio və televiziyanın dili" fənni üzrə müəllim kimi fəalyyət göstərir.

"Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilmişdir.

O, yazıçı Kəramət Böyükçölün atasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!