Prezident kralı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident kralı təbrik etdi

Siyasət

05 Dekabr 2025 12:32 415


Azərbaycan Prezidenti İlham Əliyev Tailand kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuanı təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Pepperoni pizza

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!