Fransa prezidenti Emmanuel Makron gözlənilmədən Əlcəzair prezidenti Əbdülməcid Təbbuna zəng edib.
Yenisabah.az "L'Opinion"a istinadla xəbər verir ki, məqsəd noyabrın 12-də Liviya məsələsinə dair Parisdə keçiriləcək beynəlxalq konfransa dəvət etmək olub.
Əlcəzair dövlət başçısı Makronun zənginə cavab verməyib. Dördpendirli pizza
Qeyd edək ki, hələ ötən ay “Spiegel” nəşrinə müsahibə verən Təbbun Makronun Əlcəzair əleyhinə açıqlamalarına görə artıq onunla telefonla danışmayacağını bildirmişdi.
Telegram kanalımız