Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, sərəncamla Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilib.
İlham Əliyev yeni Baş Nazirin təyin edilməsi haqqında da sərəncam imzalayıb. pizza sifarişi
Sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Telegram kanalımız