Ödənişli avtomagistrallarla bağlı   yeni cərimələr

saytların hazırlanması

Evə çatdırılma

Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr

Sosial

17 Fevral 2025 14:37 173


Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir: Pepperoni pizza

"Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması

352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə - yüz əlli manat məbləğində cərimə edilir.

352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə - iki yüz manat məbləğində cərimə edilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!