Prezident qazancını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident qazancını açıqladı

Dünya

09 İyun 2019 23:45 1029


Çeçenistan lideri Ramzan Kadırov illik gəliri və sərvəti ilə bağlı deklarasiya dərc etdirib.

 Çeçenistan administrasiyasının saytında dərc olunan deklarasiyada Kadırovun 2018-ci ildə 7.58 milyon rubl qazandığı göstərilib. Bu göstərici Kadırovun 2017-ci ildəki gəlirindən 700 min rubl çox olub.

Məlumata görə, Kadırov 2344.3 kvadratmetrlik mənzilə sahibdir. Bundan əlavə Çeçenistan lideri, arvadı və 11 azyaşlı uşaqlarının istifadəsində 300 kvadratmetrlik daha bir ev var. Kadırovun arvadının ötən il əldə etdiyi gəlir 60 min rubla bərabər olub. O, 209.8 kvadratmetrlik mənzilin sahibi kimi də göstərilib. Toyuqlu pizza

Bununla yanaşı, Ramzan Kadırovun yetkinlik yaşına çatmamış uşaqlarından biri ötən il ərzində 210.8 min rubl qazanıb.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!