Prezident Qəbələdədir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Prezident Qəbələdədir - Foto

Siyasət

28 Oktyabr 2019 08:52 1025


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gedib.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. pizza hut

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Məlumat verilib ki, abidənin yerləşdiyi Heydər Əliyev Parkında əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!