Prezident Qubadlının Baş planı ilə bağlı sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident Qubadlının Baş planı ilə bağlı sərəncam imzaladı

Maraqlı

25 Oktyabr 2021 16:26 811


Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenisabah.az-ın xəbərinə görə, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.  Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!