Prezident: “Rumıniya ilə dostluq və əməkdaşlığa böyük əhəmiyyət veririk”

saytların hazırlanması

Evə çatdırılma

Prezident: “Rumıniya ilə dostluq və əməkdaşlığa böyük əhəmiyyət veririk”

Siyasət

01 Dekabr 2025 11:07 326


“Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk”.

“Yeni Sabah”ın xəbərinə görə, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin rumıniyalı həmkarı Nikuşor Danaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı qeyd edib ki, bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Dominos pizza

Azərbaycan Prezidenti əminliyini ifadə edib ki, iki ölkə arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da dərinləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!