Prezident İlham Əliyev ABŞ-ın Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, Sərəncama əsasən, Oyunlarda ən yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
1.1. birinci yeri tutmuş idmançı - 20000 manat, onun şəxsi məşqçisi - 10000 manat, həmin idman növü üzrə baş məşqçi - 10000 manat; pizza hut
1.2. üçüncü yeri tutmuş komanda - 20000 manat, komandanın hər bir məşqçisi - 5000 manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Telegram kanalımız