Prezidentdən 5 milyonluq -   Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən 5 milyonluq - Sərəncam

Siyasət

23 Noyabr 2019 13:14 833


Prezident İlham Əliyev Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah" xəbər verir ki, sərəncama əsasən, Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılması vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi tapşırılıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!