Prezident Cavanşir Qurbanovu təltif etdi - Fotolar/Video

saytların hazırlanması

Evə çatdırılma

Prezident Cavanşir Qurbanovu təltif etdi - Fotolar/Video

İdman

31 Mart 2024 14:14 1949


Cavanşir Qurbanov Azərbaycan idmanın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə, peşəkarlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali medalı “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib.  

Yenisabah.az xəbər verir ki, Cavanşir Qurbanov Prezidentin göstərdiyi bu etimadı öz fəaliyyətinin ən böyük zirvəsi adlandırıb.

“Azərbaycanın ən ali medalı”nın Vətənə xidmətin ən ali nümunəsini yaratmış Ali Baş Komandan tərəfindən təltif olunmasının verdiyi qüruru və şərəfi sözlə ifadə etmək mümkünsüzdür".  Dominos pizza

Əməkdar İdman xadiminin oğlu, “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov da Cənab Prezidentin atasına göstərdiyi etimadın tək atası üçün deyil, bütün Qurbanovlar ailəsinin nümayəndələri üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, Cavanşir Kazım oğlu Qurbanov Milli Olimpia Komitəsinin üzvü olaraq fəaliyyəti boyunca bir sıra təltiflərə layiq görülüb. Ümumittifaq və Beynəlxalq dərəcəli hakim, keçmiş SSRİ-nin idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Fəxri idman işçisi, Əməkdar İdman Xadimi, Vətənə xidmətə görə ordeni və nəhayət ən ali medal “Heydər Əliyevin 100 illik yubiley medalı” ilə təltif edilib. 

Bir 3 kişi görseli olabilirBir 3 kişi görseli olabilir

Bir 4 kişi ve yazı görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!