Prezidentdən Şahin Mustafayevlə bağlı - İKİ SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Şahin Mustafayevlə bağlı - İKİ SƏRƏNCAM

Siyasət

01 Noyabr 2019 14:41 1843


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah" bildirir ki, sərəncama əsasən, komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev təyin edilib. 

Dövlət başçısı digər sərəncamı ilə “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında da dəyişiklik edilib. pizza mizza

Sərəncama əsasən, komissiyanın həmsədri Baş nazirin müavini Şahin Mustafayev olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!