“Prezidentimizin sayəsində hava yolumuz açıldı” - Sərnişin

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentimizin sayəsində hava yolumuz açıldı” - Sərnişin

Sosial

09 Mart 2026 21:31 458


Prezidentimizin sayəsində hava yolumuz açıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Yolumuz bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.

Sərnişin yeddi ildir ki, Naxçıvana gəlmədiyini deyib: "Uzun müddətdən sonra Naxçıvan Muxtar Respublikasına gəlişim bu günə təsadüf etdi. Düşünürəm ki, ayağım uğurlu oldu, reyslər bərpa edildi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm"./Report pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!