Prezidentin Fərmanının icrasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin Fərmanının icrasına başlanıldı

Kriminal

08 Aprel 2019 21:51 980


Dövlət başçısının proqram xarakterli Fərmanından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Kollegiyasında dərhal müzakirə olunub və xüsusi tədbirlər planı qəbul edilərək bu mühüm sənədin icrasına başlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, ictimaiyyət tərəfindən böyük maraqla və rəğbətlə qarşılanan ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün “yol xəritəsi” olan Fərmanla qarşıda duran vəzifələrin icrasına dair aprelin 8-də Ədliyyə Nazirliyində geniş ictimai müzakirə keçirilib.

Nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, mediasiya prosesinin tətbiqi ilə bağlı yeni qəbul olunmuş “Mediasiya haqqında” Qanunun mahiyyəti barədə faydalı fikir mübadiləsi aparılıb. Pepperoni pizza

Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumlarının rəhbərləri çıxışlar edərək ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq son illər həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrə əlçatanlığın asanlaşdırılması, infrastrukturun müasirləşdirilməsi, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, dövlət  başçısının Fərmanının bu sahədə islahatların yeni mərhələdə, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirdiyini vurğulayıblar.

Bildirilib ki, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan Fərmanda verilmiş tapşırıq və tövsiyələrin vaxtında və dürüst icrası məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacaq.

Eyni zamanda, mübahisələrin məhkəmədən kənar həlli üsullarından olan mediasiyanın ölkəmizdə tətbiqi ilə bağlı qəbul olunmuş “Mediasiya haqqında” yeni Qanunun əhəmiyyətindən danışılıb, bu institutun mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həllində rolu qeyd olunub, onun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıdığı vurğulanıb. Qeyd olunub ki, mediasiyanın düzgün və səmərəli tətbiqi həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!