Prezidentin  general-leytenant rütbəsi verdiyi Abdullayev kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin general-leytenant rütbəsi verdiyi Abdullayev kimdir?

Sosial

15 Dekabr 2025 17:10 6245


Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Ali rütbə alanlardan biri də general-mayor Adil Abdullayevdir. Sərəncamla o, general-leytenant ali hərbi rütbəsi ilə təltif edilib.

“Yeni Sabah” onun dosyesini təqdim edir: Toyuqlu pizza

Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

O, 2024-cü ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərova müavin təyin edilib.

A.Abdullayev nazir müavini olana qədər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

FHN-dən öncə isə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz
    Bu dövlətin nəyi yerindədir ki? Baş-ayaq çevirmək lazımdır ki, bəlkə məmurlar öz yerində olsun.
    5 months ago