Prezidentin köməkçisi: Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi: Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir

Siyasət

31 Oktyabr 2025 16:16 304


Vaşinqton sammiti sülh prosesinə siyasi dəstək verdi.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

O vurğulayıb ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub: Dördpendirli pizza

“Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir:

“Hazırda Ermənistan və Azərbaycan sülh şəraitində yaşamağı öyrənir, çünki iki ölkə müstəqillik qazandıqdan sonra sülhün nə demək olduğunu bilmirdi. Buna baxmayaraq, sülhü müəyyənləşdirmək prosesindəyik. Müharibəni təyin etmək çox asandır, çünki söhbət qan, dağıntı və bütün bu dəhşətli şeylərdən gedir. Lakin bu vaxt ərzində sülhü təyin etmək və sülh şəraitində yaşamağa uyğunlaşmaq çox çətindir”.

Hikmət Hacıyev brifinqdə sülh prosesinin dərinliklərini, regionda dayanıqlı sabitliyin təmin olunmasının vacibliyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi zəruriliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!