Prezidentin köməkçisi dövlət katibinin müavini ilə müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi dövlət katibinin müavini ilə müzakirə apardı

Siyasət

19 Noyabr 2025 16:44 420


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də məlumat yayıb.

Hikmət Hacıyev dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker başda olmaqla ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib. Sezar pizza

“Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”, - Prezidentin köməkçisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!