Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisindən ermənilərin Kəlbəcərdə törətdiyi barbarlıqlarla bağlı AÇIQLAMA

Rəsmi

15 Noyabr 2020 15:04 1050


“Kəlbəcər rayonunda qanunsuz yerləşdirilən vətəndaşlar oradan çıxarılmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Kəlbəcəri tərk edən ermənilər mülki obyektləri yandırır: pizza mizza

“Barbarlıq faktları var. Onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Təbii ki, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Ərazidə bəzi tikililər var ki, bu da qeyri-qanunu xarakter daşıyır”.

“Həmçinin, maddi mədəniyyət abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeoloji qazıntılar aparırlar. Əldə olunmuş əşyaların qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq konvensiyaların pozulması faktları müşahidə olunur”, - deyə H.Hacıyev qeyd edib.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!