Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir? - DOSYE

Siyasət

03 Dekabr 2019 09:19 18828


Xəbər verdiyimiz kimi,  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Səadət Yusifova təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, 1974-cü ildə anadan olan Yusifova Səadət Vidadi qızı buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Bir neçə gün əvvəl - noyabrın 29-da Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.

S.Yusifova 12 aprel 2014-cü il tarixində həmin vəzifəyə gətirlmişdi. (Ona qədər Strateji araşdırma və planlaşdırma şöbəsinə sabiq deputat Rəbiyyət Aslanovanın oğlu  Elnur Aslanov rəhbərlik edirdi. O, 2014-cü il martın 17-də işdən azad olunmuşdu).  Dördpendirli pizza

Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 

O həmçinin 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!