Prezidentlərin görüşündən gözləntilər - “Ermənistan kompromisə gedəcək“

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlərin görüşündən gözləntilər - “Ermənistan kompromisə gedəcək“

Siyasət

26 Mart 2019 18:58 1014


“Bu görüş İlham Əliyevlə Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq. Hətta bu görüşdən sonra iki ölkənin Xarici İşlər Nazirlərinin də görüşü planlaşdırılır”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında siyasi ekspert Kənan Paşayev deyib. O bildirib ki, görüş zamanı Nikol Paşinyan danışıqların formatının dəyişdirilməsinə çalışacaq:

“Çünki görüşə qədər dəfələrlə Paşinyan bu cür istəyinin olduğunu bəyan edib. Lakin Azərbaycan tərəfi bununla heç vaxt razılaşa bilməz.  İlham Əliyev VII Qlobal Bakı Forumu zamanı da qəti olaraq bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda format dəyişikliyi yolverilməzdir. Ermənistan dövlətinin əvvəlki başçısı ilə keçirilən görüşlər zamanı irəliləyiş əldə olunmamışdı. Ancaq bu görüşdən də eyni nəticəni gözləmək tələskənlik olar. Paşinyan həm ölkə daxilindəki problemlərdən dolayı, həm də beynəlxalq güclərlə arasındakı anlaşmazlıqlara görə çətin vəziyyətdədir. Ola bilsin ki, bu səbəbdən də kompromisə gedəcək. Azərbaycanın görəcəyi adekvat tədbirlər onun vəziyyətini daha da gərginləşdirə bilər. O, bunu yaxşı bilir. Amma daha dəqiq nəticəni görüşdən sonra demək daha düzgün olar”. pizza mizza

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!