“Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında ilk rəsmi görüş keçiriləcək. Görüş Vyanada təşkil ediləcək və danışıqlarda həmsədrlər də iştirak edəcək. Bu iki ölkə arasındakı ilk belə görüş deyil. Danışıqlar uzun illərdir ki, davam edir. Lakin, heç bir irəliləyiş olmayıb”.
“Yeni Sabah”ın məlumatına görə, bunu politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, prezidentlərin görüşündən hər hansı müsbət nəticə əldə ediləcəyi inandırıcı görünmür:
“Hər halda Paşinyan özü də bu barədə bu sözləri deyib: “Bu görüşdə sadəcə əvvəlki danışıqlar əsasında müzakirələr olacaq”. Paşinyanın bu cümləsini necə başa düşmək olar? Ermənistanın baş naziri bununla ölkə daxilindəki müxalif qüvvələri xəbərdar etmək məqsədi güdür. Çünki, Paşinyan hakimiyyətə gəldiyindən bəri əsas mübarizə apardığı qüvvələr Qarabağ klanı və Dağlıq Qarabağdakı separatçılardır. Həmin qüvvələr ki, Paşinyan hər dəfə İlham Əliyevlə görüşdən dərhal sonra bu barədə öz hesabından paylaşım edərək bildirir ki, İlham Əliyevlə "Dağlıq Qarabağ" məsələsi ətrafında danışmamışıq. Bu mənada Nikol üzərində çox böyük təzyiq hiss edir. Bu günki görüşdə də ssenarinin eyni olacağını, müsbət heç bir addım atılmayacağını deyə bilərik. Düşünürəm ki, Paşinyanın əsas problemləri də məhz bu görüşdən sonra başlayacaq. Belə ki, əgər danışıqlardan da heç bir nəticə əldə edilməzsə, bu il "Aprel döyüşləri" nin davamını görə bilərik”. Dördpendirli pizza
Politoloq həmçinin Ermənistanın növbəti qarşıdurmaya hazır olub olmamasına da aydınlıq gətirib:
“Nikol Paşinyanın yeni problemlərindən biri də Dağlıq Qarabağdakı erməni ordusu ilə bağlıdır. Belə ki, hərbiçilər intizamsızlıq edir, həmin ərazilərdə xidmət etmək istəmirlər. Xüsusilə də əsgər valideynləri etiraz aksiyaları keçirir. Bu mənada Paşinyan çıxılmaz vəziyyətə düşür. Paşinyan bu halda Rusiya ilə hesablaşmalı olduğunu yaxşı anlayır. Bu səbəbdən də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın təxminən bir həftə öncə Moskvaya gizli səfəri də təsadüfi deyil. Z. Mnatsakyan Moskvada Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb. Bu səfərin məqsədi də bəllidir. Paşinyan Vyana görüşünün nəticələrindən olduqca narahatdır. Uzun illərdir davam edən münaqişədə Azərbaycanın artıq səbr kasası dolub. İlham Əliyevlə Paşinyan bundan öncə də qeyri-rəsmi iki görüş keçirib. Düşənbədə və Davosdakı görüşlərdə düşünürəm ki, Paşinyan İ.Əliyevdən müəyyən xahişlər edib. Həmin xahiş budur ki, ölkədəki sabitliyi bərqərar edənə qədər atəşkəsə əməl edilsin və radikal addımlar atılmasın. Əgər hadisələr həqiqətən də bu məcrada davam edibsə ölkə başçısı İlham Əliyev həmin müddəti ona verdi. Lakin, Paşinyan öz vədini yerinə yetirməli danışıqlar formatının dəyişdirilməsi ilə bağlı mövqeyini dəyişməlidir”.
Telegram kanalımız