“Priqojinə yas saxlamaq zamanı deyil” - Roqozin

saytların hazırlanması

Evə çatdırılma

“Priqojinə yas saxlamaq zamanı deyil” - Roqozin

Maraqlı

25 Avqust 2023 14:44 640


“Vaqner”in yaradıcısı Yevgeni Priqojin və onun muzdluları əllərindən gələni etdilər, lakin indi onlara yas saxlamaq deyil, diqqəti hücuma yönəltmək vacibdir”. 

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin bildirib.

“Jenya (Yevgeni Priqojin–red.) və onun dəstəsi hər şeyi etdilər. Onlara təşəkkür edirəm. Lakin artıq dirilərə fikrimizi yönəltməliyik. Çünki ölülər nə yazdığımızı bilmir. Hazırda vəziyyətimiz mürəkkəbdir. Ukraynalıların bayramı davam edir. Biz onları dayandırmalıyıq”, – Roqozin yazıb. pizza sifarişi

Xatırladaq ki, bir neçə gün əvvəl Roqozin Ukrayna hakimiyyətinin Zaporojye vilayətinin Orexovo şəhərinə əlavə qüvvə göndərdiyini açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!