Prokuror kriminal avtoritetə cəza istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror kriminal avtoritetə cəza istədi

Kriminal

29 Noyabr 2019 10:43 1113


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən, 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah"ın APA-ya istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Rafael Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. pizza

Məhkəmə iclası dekabrın 6-da davam edəcək.

Qeyd edək ki, R. Hüseynov kriminal aləm üzvü olub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Rafael Hüseynov daha əvvəl də qəsdən adam öldürmə ilə Rusiyada cəza çəkib.

Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb. Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxi İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!