Prokurorluq mina partlayışına dair açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq mina partlayışına dair açıqlama verdi

Hadisə

16 Mart 2023 15:07 986


Ağdamda 2 nəfərin minaya düşərək həlak olması ilə bağlı araşdırma davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Rayonun Səfərli qəsəbə sakinləri - 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Dördpendirli pizza

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

"2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!