Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı

Kriminal

09 Noyabr 2022 10:43 1416


Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub. 

Qaradağ rayon prokurorluğundan Yenisabah.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza mizza

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Qeyd edək ki, Rəşad Əmirov meyxana aləmində Rəşad Dağlı kimi tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!