Prokurorluqdan Xocalıdakı hadisə ilə bağlı açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluqdan Xocalıdakı hadisə ilə bağlı açıqlama 

Maraqlı

24 Avqust 2023 13:24 637


Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.  pizza sifarişi

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!