Psixoloq Samirə Bağırova müğənni Kəmalə Günəşlini hədəf alıb.
Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, o, ifaçını dilənçiyə bənzədib.
"Hazırda yerindən duran, səsi olmayanlar toylar müğənnisi olmaq istəyir. Biri var, Tamaradı, Kəmalədi, Təranədi, adı bilinmir, nədir. Bu barədə daima eşidəndə məcbur olursan ki, kimliyi ilə maraqlanasan. Görürəm ki, dilənçi kimi toylarda pul yığır. Bu, haradan gəlir deyim. Çeçenlərin Fatima adlı müğənnisi var. Qarşıma çıxmışdı. Kişi gəlib, qarşısında bir-bir pulu verir, bu da götürür. Dominos pizza
Çeçenlər nə zaman mədəni olublar? Heç vaxt! Bizim millət o qədər hər şeyin pisini götürməyə maraqlıdı ki... Sən müğənnisən. Nə qədər daxilən kasıb olmalısan, həmçinin kişi mənəvi cəhətdən kasıbdır ki, millət içində pulu bir-bir versin, o da alsın. Belə fanatısansa, hörmət edib, konvertə qoy çatdır. Bir neçə ildən sonra Xalq artisti adı üçün savaşacaqlar, özlərinə sənətkar deyəcəklər. Hamının şəxsi həyatı var. Bəlkə, mənim həyatım sizdən lap betərdir. Cəmiyyət içində davranış qaydalarını bilmək lazımdır".
Telegram kanalımız