"PSJ"-nin baş məşqçisi Tomas Tuhell Neymarın diqqət mərkəzində olmasının komandalarına ziyan verdiyini deyib.
“Yeni Sabah” Xarici KİV-nə istinadən xəbər verir ki, Tomas Tuhell bu barədə Fransa Liqasında “Tuluza”ya qarşı keçiləcək oyun öncəsi danışıb. “Vəziyyət faciəvidir. Çünki Neymar barədə söhbətlərin çoxluğu komandanın hazırlığına mane olur. Elə bir futbolçu həmişə maraq doğurur. Amma hər mətbuat konfransında biz Neymardan danışırıq. Düzü, bu, klub üçün yaxşı hal deyil” – deyə alman mütəxəssis mətbuat konfransında qeyd edib.
Neymarın “Tuluza” il matçda meydana çıxıb-çıxmayacağı haqda suala isə Tuhell belə cavab verib: “Bunu idman direktorumuz Leonardodan soruşun. Onun matçda iştirak edib-etməyəcəyi tranferi ilə bağlı məsələ yoluna qoyulduqdan sonra bilinəcək”. Marqarita pizza
Qeyd edək ki, yaxın vaxtlarda Neymarın PSJ-dən ayrılaraq “Barselona” və ya “Real”a keçəcəyi iddia edilir.
Telegram kanalımız