PSJ heyətinə yeni futbolçu qatmağı düşünür.
Yenisabah.az "La Parisien"ə istinadla xəbər verir ki, Fransa paytaxtının təmsilçisi "Sassuolo"dan Canluka Skamakka ilə razılığa gəlib.
Tərəflərin gələn həftə müqavilə imzalayacağı gözlənilir. PSJ 23 yaşlı hücumçu üçün 50 milyon avro ödəyəcək. Sezar pizza
Skamakka ötən mövsüm A Seriyasında 36 matçda 16 qol vuraraq "Sassuolo"nun bombardiri olub. O, İtaliya millisinin üzvüdür.
Telegram kanalımız