“PSJ” “Liverpul”u mübarizədən kənarlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

“PSJ” “Liverpul”u mübarizədən kənarlaşdırdı

İdman

12 Mart 2025 09:34 248


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “PSJ” “Liverpul”un qonağı olub. İlk görüşdə evində rəqibinə məğlub olan fransızlar bu dəfə əzmkar oyunla növbəti tura vəsiqəni təmin edib.

Yenisabah.az xəbər verir ki, oyuna sürətli başlayan “PSJ” 12-ci dəqiqədə Osman Dembele ilə 1-0 önə keçib. Matçda başqa qol olmayıb və hər iki qarşılaşmanın ümumi nəticəsi 1-1 olub. Penaltilər seriyasında rəqibindən 4-1 üstün olan parislilər adlarını 1/4 finala yazdırıb. 

Bu nəticə ilə turnirin aşkar favoritlərindən olan “Liverpul” mübarizəni dayandırıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!