Bakıdakı "Sherlock Music Pub" restoranında insident baş verib.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, gecə saat 00:30 radələrində sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb və obyektin fəaliyyətini pozub.
Hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlib. Lakin həmin qadın polisə tabesizlik göstərib. pizza mizza
Xudat şəhər sakini 1987-ci il təvəllüdlü N. İsmayılova (şərti) yan masada əyləşən kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib:
"Həmin vaxt "Sherlock"da bir müddət istirahət etmişdim, yeyib-içib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam".
Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılovaya 5 sutkalıq inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Telegram kanalımız